Yoluxma sayı 200-dən aşağı düşdü

 Yoluxma sayı 200-dən aşağı düşdü
  24 May 2021    Oxunub:1539
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 332 min 610 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 321 min 132 nəfər müalicə olunaraq sağalıb, 4867 nəfər vəfat edib. Aktiv xəstə sayı 6611 nəfərdir.



Azvision.az



Teqlər: Koronavirus   Pandemiya   Yoluxma  





Xəbər lenti