“Çalışacağam ki, belə qələbələrin davamı gəlsin” - Zaur Əliyev

“Çalışacağam ki, belə qələbələrin davamı gəlsin” -    Zaur Əliyev
  25 May 2021    Oxunub:1464
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı başa çatıb. Qitə birinciliyində 9 idmançımız fəxri kürsüyə qalxıb. Onlardan ikisi – sərbəst güləşdə Cəbrayıl Hacıyev (70 kq), yunan-Roma güləşində isə Zaur Əliyev (55 kq) bütün rəqiblərinə qalib gələrək himnimizi Skopyedə səsləndirib.
Daha əvvəl yeniyetmələr arasında Avropa çempionu və dünya ikincisi, gənclər arasında Avropa üçüncüsü və dünya ikincisi, eləcə də 23 yaşadək güləşçilər arasında dünya çempionatının bürünc medalçısı olan Z.Əliyev qazandığı növbəti uğuru haqqında Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib.

Güləşçimiz deyib: “Avropa çempionatında 3 görüş keçirdim. Üçü də mənim üçün ağır oldu. Bunun da səbəbi iki ilə yaxın yarışlarda iştirak etməməyim idi. Əvvəlcə Rumıniya güləşçisi ilə qarşılaşdım. İlk görüş hər zaman çətin olur. Yarımfinalda Rusiya təmsilçisi ilə üz-üzə gəldim. Ona da çətinliklə də olsa, qalib gələrək finala yüksəldim. Türkiyə güləşçisi də güclü rəqib idi. Final gərgin mübarizə şəraitində keçdi. Allaha şükürlər olsun ki, ona da qalib gələ bildim. Çalışacağam ki, belə qələbələrin davamı gəlsin.

Qızıl medalı həmişə yanımda olan ailəmə hədiyyə edirəm. Mənə dəstək olan hər kəsə minnətdaram. Dualarını əsirgəməsinlər. Hələ ki, karyeramı 55 kiloqram çəki dərəcəsində davam etdirməyi düşünürəm. Növbəti Olimpiada ərəfəsində 60 kiloqram çəki dərəcəsinə keçməyi planlaşdırıram”.

Azvision.az


Teqlər: ZaurƏliyev  





Xəbər lenti