Erməni deputat: “Tavuşdakı kəndlər Azərbaycanındır”

  Erməni deputat:  “Tavuşdakı kəndlər Azərbaycanındır”
  25 May 2021    Oxunub:1679
Ermənistan parlamentinin "Mənim addımım" fraksiyasından olan deputatı Vahe Qalumyan Azərbaycanla sərhəd problemindən danışıb.

Azvision.az xəbər verir ki, erməni deputat yerli mediaya verdiyi açıqlamada sərhəd məsələsində Azərbaycanın haqlı olmasına eyham vurub.
"Tavuş bölgəsində bizim nəzarətimizdə olan Azərbaycan torpaqları var"-, deyə o bildirib.

Vahe Qalumyana görə, Tavuşdakı Barxudarlu, Sofulu, Xremlu və Voskepar adlı kəndlər xəritədə Azərbaycan ərazisi kimi qeyd olunur.

Deputatın açıqlaması erməni mətbuatında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat   Kənd   Azərbaycan  





Xəbər lenti