Bəzi küçə və prospektlərdə sıxlıq var - SİYAHI

 Bəzi küçə və prospektlərdə sıxlıq var -  SİYAHI
  25 May 2021    Oxunub:2174
Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, sıxlıq olan küçə və prospektlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində çətinliklər müşahidə olunur. Hərəkət intervalında gecikmələr var.

Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunan əsas küçə və prospektlər aşağıdakılardır:

Heydər Əliyev prospekti şəhər istiqamətində
Qara Qarayev prospekti “Koroğlu” istiqamətində
Qələbə dairəsi ətrafı
Yusif Səfərov küçəsi
Afiyəddin Cəlilov küçəsi.






Azvision.az


Teqlər: Bakı   BNA   Tıxac  





Xəbər lenti