“Vaksinin təhlükə yaratması fikirləri cəfəngiyyatdır” - Prezidentin köməkçisi

 “Vaksinin təhlükə yaratması fikirləri cəfəngiyyatdır” -  Prezidentin köməkçisi
  25 May 2021    Oxunub:1447
Azərbaycanda yeni növ koronavirus infeksiyasına yoluxanların sayında artım olsa, yenidən müvafiq məhdudiyyətlər tətbiq etməyə məcbur olacağıq.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. O, vaksinasiyanın hansısa təhlükə yaratması barədə fikirlərin cəfəngiyyat olduğunu bildirib.

“Bu gün 1 milyondan çox vətəndaş vaksinasiya olunub və heç bir fəsad yoxdur. Özüm, yoldaşım, anam, qardaşım peyvənd olunub və heç bir fəsad olmayıb. Vaksinasiya pandemiyanın bitməsinin yeganə yoludur. İki yol var, ya peyvənd olunmalıyıq, ya da xəstələnib sağalmalıyıq.

Xəstələnən insanlarda fəsadlar qalır və buna görə yaxınlarımızı itirmişik. Xəstələnib sağalan insanlar xəstəliyi yüngül formada keçirsə də onlarda problemlər uzun müddət davam edir. Tövsiyyə etməzdim ki, insanlar immunitet qazanmaq üçün xəstələnib sağalmanı seçsinlər”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti