İdman zallarına yalnız peyvənd olunanlar buraxılacaq

   İdman zallarına yalnız peyvənd olunanlar buraxılacaq
  25 May 2021    Oxunub:2740
İdman və sağlamlıq mərkəzlərinin fəaliyyətinə icazə veriləcək.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, COVID-19 pasportu və ya immunitet pasportu ilə idman və sağlamlıq mərkəzlərinə girişə icazə veriləcək.

“COVID pasportu olmayan və ya yoluxub sağalmayan insanlara bu mərkəzlərə girişə icazə verilməyəcək. İdman sağlamlıq mərkəzlərinin işçiləri də vaksinasiya olmalı və ya onlarda immunitet sertifikatı olmalıdır. Bunlar olmayan obyektlərə xəbərdarlıq olunacaq və ya bağlanacaq”.

Ş.Mövsümov bildirib ki, COVID pasportu olan şəxslərin gələcəkdə digər yerlərə girişinə də icazə veriləcək.

“Bu şəxslər teatr, konsert və toylara da rahat gedə biləcəklər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: İdman   Zal  





Xəbər lenti