Apreldən yoluxma 10 faizdən aşağı düşüb

 Apreldən yoluxma 10 faizdən aşağı düşüb
  25 May 2021    Oxunub:1433
Ölkədə koronavirusa yoluxma sayı aprel ayının ortasından başlayaraq 10 faizdən aşağı düşüb və son günlərdə bu rəqəm 3 faizə qədər enib.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, bu, yaxşı göstəricidir.

“Qadınlar arasında kişilərə nisbətən yoluxma çoxdur. Bir il ərzində yaş qrupları arasında ciddi dəyişiklik olmayıb. Ən çox yoluxma sosial aktiv olan 30-69 yaş arasında insanlarda aşkarlanıb. Yoluxma ən çox Bakı, Abşeron və Sumqayıtda qeydə alınıb. Rayonlarda statistika yaxşıdır və müsbət dinamika var. Bakı şəhərində ən çox yoluxma Binəqədi və Xətai rayonundadır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti