“YAŞAT”a toplanan vəsait 37 milyon manatı ötdü

   “YAŞAT”a toplanan vəsait 37 milyon manatı ötdü
  25 May 2021    Oxunub:1033
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 37 milyon manatı ötüb.
Azvision.az xəbər verir ki, Fonda toplanan vəsait 37 074 853.39manatdır. Həmin vəsaitdən 16 736 261.53 manatı fiziki şəxslər, 20 338 591.86 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib. Fonda daxil olan vəsaitin 22 010 498.92 manatı xərclənib. Vəsaitin qalığı isə 15 064 354.47 manatdır.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: YAŞAT   Fond   Vəsait  





Xəbər lenti