"Sağlam düşüncə gözləyirik" - Overçuk

"Sağlam düşüncə gözləyirik" -  Overçuk
  25 May 2021    Oxunub:814
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqazdakı nəqliyyat marşrutlarının tezliklə blokdan çıxarılacağına ümid edir.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, “Tver” zavodunun istehsalı olan yeni vaqonların Ermənistana göndərilməsi mərasimində bildirib.

“Hamımız çox səbirsizliklə gözləyirik və ümid edirik ki, sağlam düşüncə burada qalib gələcək, tezliklə Qafqaz bölgəsindəki nəqliyyat marşrutlarının blokdan çıxarılmasına başlayacağıq", - Overçuk əlavə edib.

O, yeni vaqonların tədarükünün Ermənistan üçün çox vacib olduğunu vurğulayıb.
Bildirib ki, mövcud reallıqlarda bölgədə nəqliyyat infrastrukturunun inkişafı hər zamankından daha vacibdir. Bu gün bütün bölgənin inkişafı üçün həm iqtisadiyyat baxımından, həm də nəqliyyatın inkişafı baxımından tamamilə yeni şərtlər açılır.

"Bu, Ermənistanın bütün iqtisadi potensialının açılması üçün unikal şərait yarada bilər. Həmçinin, Avrasiya inteqrasiyamızı tam həyata keçirmək üçün misilsiz, heyrətamiz şərait yarada bilər".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: AlekseyOverçuk   Rusiya  





Xəbər lenti