"Üçtərəfli iclasın vaxtı Bakı və İrəvandan asılıdır" - Rusiya rəsmisi

 "Üçtərəfli iclasın vaxtı Bakı və İrəvandan asılıdır" -  Rusiya rəsmisi
  25 May 2021    Oxunub:966
Regionda iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupunun növbəti iclasının vaxtı Bakı və İrəvandan asılıdır.
Azvision.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini, üçtərəfli qrupda Moskvanı təmsil edən Aleksey Overçuk deyib.

"Bu, ilk növbədə tərəfdaşlardan asılıdır. Bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması üzrə işçi qrupu çərçivəsində işlərin bu günə qədər kifayət qədər konstruktiv şəkildə davam edib. Ümidvarıq ki, işçi qrupunun bütün üzvləri tərəfindən göstərilən sağlam düşüncə üstünlük qazanacaq və Azərbaycanla Ermənistan arasında, müvafiq olaraq Rusiya ilə Ermənistan arasında Azərbaycan ərazisindən dəmir yolu və avtomobil nəqliyyatı üçün imkanlar yaratmaq mümkün olacaqdır".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: AlekseyOverçuk  





Xəbər lenti