Paracüdoçularımız qızıl medal qazanıblar

  25 May 2021    Oxunub :423
Paracüdoçularımız  qızıl medal qazanıblar
Mayın 25-də Bakıda start götürən paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq turnirində Azərbaycan idmançıları iki qızıl medal qazanıblar.
Azvision.az xəbər verir ki, Sevda Vəliyeva (57 kq) finalda özbəkistanlı rəqibi Parvina Samandarovaya qalib gələrək qızıl medal qazanıb. Digər qızıl medalı isə komandamızın aktivinə Namiq Abbaslı (66 kq) yazdırıb. O, həlledici qarşılaşmada özbəkistanlı Utkirjon Niqmatova qalib gəlib.

Bundan əvvəl paracüdoçularımız 4 bürünc medala sahib olublar.

Kişilərin yarışında Vüqar Şirinli (60 kq), qadınların mübarizəsində Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq) və Afaq Sultanova (57 kq) üçüncü yeri tutublar.

Qran-Pridə kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsində 9 idmançı təmsil edir. Qadınların yarışında isə 6 çəki dərəcəsində 9 idmançımız mübarizə aparır. Qran-Pridə ümumilikdə 38 ölkədən 200 idmançı medallar uğrunda yarışır.

“IBSA Judo Grand-Prix Baku 2021” Qran-Prisi turniri Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Azvision.az

Teqlər: