Dünya azərbaycanlılarının “YAŞAT” marafonu - VİDEO

Dünya azərbaycanlılarının “YAŞAT” marafonu -  VİDEO
  25 May 2021    Oxunub:2282
Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonuna start verilib.
Azvision.az xəbər verir ki, “Qələbəni bizə yaşadanları birlikdə yaşadaq!” şüarı ilə keçirilən “YAŞAT” xeyriyyə marafonunun əsas məqsədi şəhid ailələrinə və qazilərimizə dəstək verilməsidir.

Marafon Vətənimizin azadlığı uğrunda öz canlarını qurban verən igid oğullarımızın ruhuna hörmət əlaməti olaraq, onların ailələrinin və sağlamlıqlarını itirən qazilərimizin maddi-mənəvi problemlərinin həllinə yönəlib.

Marafon Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş edilib.



Azvision.az


Teqlər: YAŞAT   Marafon  





Xəbər lenti