Ermənistanda bazarda qanlı cinayət: İki nəfər bıçaqlandı

Ermənistanda bazarda qanlı cinayət:  İki nəfər bıçaqlandı
  26 May 2021    Oxunub:923
Ermənistanın paytaxtı İrəvan şəhərinin Malatiya-Sebastiya inzibati bölgəsindəki kənd təsərrüfatı bazarında bıçaqlanma hadisəsi baş verib.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, hadisə 25 may tarixində axşam saatlarında qeydə alınıb. Məlumata görə, bıçaq xəsarəti alan 58 yaşlı Q.Ovsepyan və 44 yaşlı A.Qevorkyan xəstəxanaya çadırılıblar.

Həkimlər onların vəziyyətini ağır qiymətləndirir. Hadisə ilə bağlı cinayət işi açılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Bıçaqlanma  





Xəbər lenti