Zərif İrəvanda Ayvazyanla görüşüb - YENİLƏNİB

 Zərif İrəvanda Ayvazyanla görüşüb -  YENİLƏNİB
  26 May 2021    Oxunub:908
Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.
Azvision.az bu barədə Ermənistan KİV-lərinə istinadla xəbər verir.

Məlumata görə, tərəflər təkbətək, daha sonra geniş tərkibdə görüşüb.

Zərif, həmçinin Ermənistan prezidenti Armen Sarkisyan, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla da görüşəcək.

Xatırladaq ki, İranın XİN rəhbəri daha əvvəl Azərbaycanda səfərdə olub.

***
(10:05)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Ermənistana səfəri başlayıb.

Azvision.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, naziri İrəvanın Zvartnos hava limanında Ermənistranın xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan qarşılayıb.

Qeyd edək ki, Məhəmməd Cavad Zərifin Ermənistanın baş naziri səlahiyətlərini icra edən Nikol Paşinyan və Ara Ayvazyanla görüşü nəzərdə tutulub.

Azvision.az


Teqlər: İran   Ermənistan  





Xəbər lenti