Ermənilər Koçaryanın plakatını daşa basdılar - VİDEO

 Ermənilər Koçaryanın plakatını daşa basdılar -  VİDEO
  26 May 2021    Oxunub:1181
Ermənistanda seçki öncəsi vəziyyət gərgin olaraq qalır.
Azvision.az-ın məlumatına görə, növbədənkənar parlament seçkilərinə hazırlaşan bir sıra siyasi qüvvələr təzyiqlərlə üzləşdiklərini, kampaniyalarında süni əngəllərlə rastlaşdıqlarını bəyan edirlər.

Dünən eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Hayastan" blokunun plakatlarına hücum olub. Yerli medianın yaydığı məlumata görə, hadisə Qafanda baş verib. Qeyd edilir ki, təhlükəsizlik kameralarından birinə düşən görüntülərdə naməlum qadın uşaqlarla "xuliqanlıq" edib. Belə ki, o, "Hayastan"ın təşviqat plakatına müxtəlif əşyalar atıb.

"Yeri gəlmişkən, qadın bu təxribat əməlinə azyaşlı uşaqları da cəlb edib. Videogörüntülərdə kiçik bir qız uşağının onun üçün daş daşıması açıq-aydın görünür. Əldə etdiyimiz məlumata görə, ölkə rəhbərliyi Qafanda uşaqların əli ilə Koçaryana məxsus plakatları yararsız hala salmaq prosesinə başladıb. Bu, ucuz anti-kampaniyalar Paşinyanın rəqiblərinə məğlub olmaq qorxusundan xəbər verir"-, deyə erməni KİV-lərin yaydığı məlumatda qeyd olunubş

Xatırladaq ki, bir müddət əvvəl Robert Koçaryanın kitabının reklamı gedən plakatları qırmızı boya ilə ləkələmişdilər. Bu günlərdə isə, Nikol Paşinyanın tərəfdarlarından biri olan Rüstəm Avaqyan "Facebook"da canlı yayım açaraq Robert Koçaryanın şəkilinə-afişaya yumurta atmışdı.



Tural Tağıyev
Azvision.az


Teqlər: Koçaryan   Seçki   Qafan  





Xəbər lenti