FHN: Ötən gün 44 yanğın olub

   FHN:    Ötən gün 44 yanğın olub
  26 May 2021    Oxunub:772
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 44 yanğına çıxış , 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının damında asılı vəziyyətdə qalaraq ətrafdakı insanlar üçün təhlükəli vəziyyət yaradan peyk antenası xilasedicilər tərəfindən götürülərək təhlükə aradan qaldırılıb.

Azvision.az


Teqlər: FHN   Yanğın   Xilasetmə  





Xəbər lenti