“Təyyarədə bomba olması xəbəri İsveçrədən daxil olub” - Lukaşenko

 “Təyyarədə bomba olması xəbəri İsveçrədən daxil olub” -  Lukaşenko
  26 May 2021    Oxunub:1030
Belarus Prezidenti Aleksandr Lukaşenko “Ryanair” təyyarəsinin təcili olaraq Minskə eniş etməsinə münasibət bildirib.

Azvision.az “Sputnik Belarus”a istinadla xəbər verir ki, Lukaşenko qanuni hərəkət etdiklərini vurğulayıb, Qərbin təzyiqlərini isə terror adlandırıb.
"Onlar bir çox qırmızı xətti, sərhədləri keçdilər. ABŞ-da və Avropada hamı bir-birini təkraralayaraq "çox sürətli" reaksiya verdilər”.

Lukaşenko əlavə edib ki, ekipaj Vilnüsdəki hava yolu şirkəti və aeroportu ilə əlaqə saxlayıb, məsləhətləşib və eniş barədə qərar verib: "Təyyarədə terrorçu olub və bu barədə ölkənin sərhədlərindən kənarda da biliblər. Təyyarədə bomba olması barədə məlumat isə İsveçrədən daxil olub. Lakin Qərbdə hadisəni araşdırmaqdan imtina etdilər".

Belarus lideri Qərbin hava blokadasının ilk növbədə onu yaradanların özünə zərbə vuracağını deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AleksandrLukaşenko  





Xəbər lenti