Türkiyə Azərbaycana daha beş MEMATT verdi - VİDEO

Türkiyə Azərbaycana daha beş MEMATT verdi -  VİDEO
  26 May 2021    Oxunub:1970
Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən daha beş 5 Mexanik Mina Təmizləmə Təchizatı (MEMATT) Azərbaycana çatdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin Tvitter səhifəsində məlumat paylaşılıb.

Qeyd olunub ki, “MEMATT”ları istifadə edəcək və təlimləri başa çatdıran Azərbaycan hərbi qulluqçularına istifadəçi sertifikatları təqdim edilib. Mərasimdə “MEMATT”lar personal və tank əleyhinə minaları uğurla məhv edib.

"MEMATT"lar can Azərbaycan üçün xeyirli olsun", - deyə paylaşımda qeyd olunub.



Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   MEMATT  





Xəbər lenti