Ermənistan atəşkəsi pozdu: Şuşa ətrafında təxribat törədildi

 Ermənistan atəşkəsi pozdu:  Şuşa ətrafında təxribat törədildi
  26 May 2021    Oxunub:4464
Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Cavab atəşi açılmayıb. İtki yoxdur.

Azvision.az


Teqlər: Azərbaycan   Ordu   Düşmən   Atəş  





Xəbər lenti