Ən yüksək bal toplayan məzun: Əlindən kitab düşmür, telefonu belə yoxdur

  Ən yüksək bal toplayan məzun:  Əlindən kitab düşmür, telefonu belə yoxdur
  26 May 2021    Oxunub:5552
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 29-30 apreldə keçirilən buraxılış imtahanlarında 1 nəfər maksimal - 300 bal toplayıb. İmtahanda rekorda imza atan şəxs Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbinin məzunu Ayxan Kazımovdur.
Ayxanın atası Seymur Kazımov Azvision.az -a açıqlamasında oğlunun təhsilə böyük marağının olduğunu bildirib.

“Uşaqlıqdan oxumağa böyük həvəsi olub. Hər zaman yüksək qiymətlər alıb. Kitab, dəftər əlindən düşməyib. Telefon belə işlətmir. 9-cu sinifdən repetitor yanına gedib”.

S.Kazımovun sözlərinə görə, Ayxan sənədlərini Bakı Ali Neft məktəbinə vermək niyyətindədir: “Bu sahəyə böyük marağı var. İnformasiya təhlükəsizliyi fakültəsini seçmişik. Görək necə olacaq”.

Qeyd edək ki, Ayxan Kazımov 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 256.2 bal toplamaqla yüksək nəticə göstərib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Buraxılış-imtahanı   Yüksək-nəticə  





Xəbər lenti