Neftçalada 10 ton çətənə məhv edilib

  26 May 2021    Oxunub :380
Neftçalada 10 ton çətənə məhv edilib
Neftçalada yabanı halda bitən 10 ton çətənə kolu məhv edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mikayıllı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Polis əməkdaşları tərəfindən yabanı halda bitmiş ümumi çəkisi 10 ton olan 11 132 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib. Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Azvision.az

Teqlər: DİN