Sərhəd məsələsində İranın mövqeyi necədir? - Zərif açıqladı

Sərhəd məsələsində İranın mövqeyi necədir? -  Zərif açıqladı
  26 May 2021    Oxunub:1794
İran Cənubi Qafqazdakı problemlərin ölkələrin ərazi bütövlüyünə və xalqların hüquqlarına hörmətlə sülh yolu ilə həll olunmasının tərəfdarıdır.

Azvision.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İrəvanda jurnalistlərə açıqlamasında deyib.
Sərhəddəki vəziyyəti şərh edən Zərif əlavə edib ki, kəskinləşmə, insan ölümü narahatlıq üçün ciddi bir səbəbdir və bu məsələ tezliklə sülh yolu ilə həll olunmalıdır.

İranlı nazir bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü, onun dinc dialoqa və gərginliyi azaltmağa hazır olduğunu gördüyünü söyləyib.

Bundan əlavə, Zərif Tehranın məsələnin sülh yolu ilə həllinə töhfə vermək istədiyini bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran  





Xəbər lenti