Tovuz “ASAN xidmət”də “Birlikdə yaşadaq” tədbiri təşkil olunub - FOTO

Tovuz “ASAN xidmət”də “Birlikdə yaşadaq” tədbiri təşkil olunub -    FOTO
  26 May 2021    Oxunub:1414
26 may 2021-ci il tarixində Tovuz regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub.
Azvision.az xəbər verir ki, tədbir çərçivəsində mərkəzin həyətyanı sahəsində könüllülər tərəfindən müxtəlif tullantılardan hazırlanmış incəsənət nümunələrinin sərgisi və satışı reallaşdırılıb.



Tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, müxtəlif idarə və müəssisələrin rəhbər şəxsləri, sahibkarlar və digər qonaqlar iştirak ediblər.



Məqsəd məişət tullantılarına ikinci nəfəs verməklə ətraf mühitin çirklənməsinin qarşısının alınması və sərgi-satışdan toplanmış məbləğin “YAŞAT” Fonduna köçürülməklə şəhid ailələrinə və yaralananlara dəstək olmaqdır.



Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.







Azvision.az


Teqlər: YAŞAT   Fond   Tədbir   Tovuz  





Xəbər lenti