Daha 203 nəfər koronavirusa yoluxdu - Günün statistikası

Daha 203 nəfər koronavirusa yoluxdu -  Günün statistikası
  26 May 2021    Oxunub:1292
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 203 yeni yoluxma faktı qeydə alınıb, 596 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 097 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 322 273 nəfər müalicə olunaraq sağalıb, 4 885 nəfər vəfat edib. Hazırda 5939 nəfər aktiv xəstədir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8397, bu günə qədər isə ümumilikdə 3 477 012 test icra olunub.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti