Bu şəxslər COVID pasportu olmadan idman zallarına gedə biləcək

 Bu şəxslər COVID pasportu olmadan idman zallarına gedə biləcək
  26 May 2021    Oxunub:1361
Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.
Azvision.az -ın məlumatına görə, bu barədə xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərarda qeyd olunub.

Belə ki, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur.

Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti