Azərbaycan və Avstriya XİN başçıları görüşüb

   Azərbaycan və Avstriya XİN başçıları görüşüb
  26 May 2021    Oxunub:1679
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanaya səfəri çərçivəsində avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov “Twitter” hesabında bildirib.

Nazirin sözlərinə görə, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi, COVID-19 pandemiyasına dair geniş miqyaslı suallar müzakirə olunub.

“Münaqişədən sonrakı vəziyyət, azad edilən ərazilərdə davam edən reabilitasiya və yenidənqurma layihələri ilə bağlı Avstriya xarici işlər naziri Şallenberqə məlumat verdim”, - deyə Azərbaycan XİN başçısı qeyd edib.



Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov  





Xəbər lenti