Akim Abbasovun 110 illiyinə həsr olunmuş tədbir keçirilib - VİDEO

Akim Abbasovun 110 illiyinə həsr olunmuş tədbir keçirilib -    VİDEO
  26 May 2021    Oxunub:842
Mayın 25-də görkəmli hərbi və ictimai-siyasi xadim general-mayor Akim Abbasovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə general-mayor A.Abbasovun Fəxri xiyabandakı məzarı ziyarət olunub. Mərasimdə A.Abbasovun yaxınları, Müdafiə Nazirliyinin və ictimaiyyət nümayəndələri, kursantlar iştirak ediblər. Fəxri Qarovulun müşayiəti ilə məzar önünə Müdafiə Nazirliyinin adından əklil qoyulub.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən yubiley tədbirini giriş sözü ilə açan Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani görkəmli hərbçinin keçdiyi keşməkeşli həyat yolundan və hərbi xidmət illərindən söz açıb. A.Abbasovun gənc yaşlarından ölkəmizin uğurları, inkişafı üçün çalışdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.



Qeyd edilib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın tarixinə sonsuz hörmətlə yanaşaraq yadelli işğalçılar qarşısında boyun əyməyən xalq qəhrəmanlarının, görkəmli hərbi sərkərdələrin hünər və rəşadətini yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, döyüşlərin ən çətin anında belə şəxsi heyətə xüsusi diqqət göstərən A.Abbasov tabeliyindəki hərbi qulluqçuları daim qələbəyə ruhlandırıb. General-mayor Akim Abbasovun timsalında qəhrəman oğullarımızın həyat yolunu, döyüş yolunu, vətənpərvərlik hissini özünə örnək bilən hər bir gəncin Vətənimizi layiqincə qoruyacağı əminliklə vurğulanıb.

Sonda görkəmli sərkərdənin oğlu Asim Abbasov atasının gənclərin hərbi vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyini dərk edərək bu prosesdə daima yaxından iştirak etdiyini qeyd edib. O, tədbirin ərsəyə gəlməsində əməyi olan hər bir kəsə minnətdarlığını bildirib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən xatirə gecəsində mərkəzin yaradıcı kollektivi tərəfindən milli və vətənpərvər mahnılardan ibarət konsert proqramı tədbir içtirakçılarına təqdim olunub.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   General  





Xəbər lenti