Rusiya sərhəddəki insidentə reaksiya verdi

 Rusiya sərhəddəki insidentə reaksiya verdi
  26 May 2021    Oxunub:2098
Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrin Qarabağ problemi ilə heç bir əlaqəsi yoxdur.

Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, insidentin əsas səbəbi sovet dövründən qaynaqlanır, bu da sərhədlərin müəyyənləşdirilməsinin beynəlxalq hüquqi əsasının olmamasıdır.
"Hesab edirik ki, problem sırf sülh, danışıqlar yolu ilə həll edilməlidir", - deyən XİN rəsmisi vurğulayıb ki, Rusiya Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesində kömək etməyə hazırdır.

Bundan əlavə, Zaxarova qeyd edib ki, Rusiya tərəfi sərhəddəki insidentin həllinə qoşulub və gərginliyin azalmasına çalışır. Moskva müntəzəm olaraq Bakı və İrəvanla yüksək səviyyədə danışıqlar aparır.

XİN sözçüsü, həmçinin onu da vurğulayıb ki, Rusiya iki ölkə arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi üçün aktiv vasitəçilik edir.

Xatırladaq ki, son günlər Ermənistan tərəfi Azərbaycanla sərhəddə təxribatlar törədir.

Azvision.az


Teqlər: Rusiya   XİN   Zaxarova  





Xəbər lenti