Ordubad dağlarında bəbir cəsədi aşkarlandı - FOTO

Ordubad dağlarında bəbir cəsədi aşkarlandı -    FOTO
  27 May 2021    Oxunub:1900
Ordubad rayonu ərazisində 1915 metr dəniz səviyyəsindən hündürlükdə qalın qar örtüyü əridikdən sonra yarıçürümüş halda bəbir cəsədi aşkar olunub.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının təbiəti mühafizə və hüquq mühafizə orqanlarının əməkdaşları gedib. İlkin müayinələr zamanı güllə yarası aşkar edilməyib. Yumşaq toxumalardan analiz üçün nümunələr götürülüb. Bəbirin ölümünün səbəbi təbii amillər, xüsusən də qar uçqunu olduğu nəticəsinə gəlinib. Heyvanın cəsədi təbii parçalanma prosesi bitdikdən sonra skelet formasında saxlanılacaqdır. Hadisə yerində olan dövlət təmsilçiləri cəsədin baş və pəncələrini təsadüfi adamlar tərəfindən aparılmasın deyə artıq götürüblər.



WWF Azərbaycan nümayəndəliyindən qeyd edilib ki, həmin bəbir əvvəllər kameralara düşməyib:

"Təəsüf edici xəbər də odur ki, tələf olan fərd dişi imiş və yerli populyasiyanın inkişafında əsaslı rol oynaya bilərdi. Təbiətin qanunları belədir - doğum olan yerdə ölüm də olur”, - məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Ordubad   Dağ   Bəbir   Cəsəd  





Xəbər lenti