Ağstafada 23 yaşlı qız itkin düşüb - FOTO

Ağstafada 23 yaşlı qız itkin düşüb -    FOTO
  27 May 2021    Oxunub:940
Ağstafada itkin düşən şəxs axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ağstafa rayon Mərcimək kənd sakini, 1998-ci il təvəllüdlü Gülnar Salahova bu il mayın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

G. Salahovanın əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, qara uzun saçları var. Evdən çıxarkən onun qara idman paltarı qara və ağ rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-22-5-25-52 şəhər və (099) 367-36-69 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti