Ermənistanın COVID statistikası - 4416 nəfər ölüb

Ermənistanın COVID statistikası -  4416 nəfər ölüb
  27 May 2021    Oxunub:589
Ermənistanda son sutka ərzində daha 140 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 222 409 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4416-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1079 nəfərdir.

Aktiv xəstələrin sayı 4649 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti