“İqtisadi islahatlar öz bəhrəsini verir” - Mikayıl Cabbarov

  27 May 2021    Oxunub :411
“İqtisadi islahatlar öz bəhrəsini verir” -  Mikayıl Cabbarov
2021-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrası 131,7% təşkil edir.

Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb. Onun sözlərinə görə, büdcəyə nəzərdə tutulandan 780,7 mln. manat artıq vəsait daxil olub ki, bunun da 451,0 mln. manatı qeyri neft-qaz sektorunun payına düşür.
Nazir, həmçinin əlavə edib ki, vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 266,9 mln. manat artıqdır.

"İqtisadi islahatlar və özəl sektorun inkişafı öz bəhrələrini verir", - deyə M.Cabbarov vurğulayıb.

Azvision.az

Teqlər: Nazir   İqtisadiyyat