Parlamentdə büdcənin icrası müzakirə edilir

   Parlamentdə büdcənin icrası müzakirə edilir
  27 May 2021    Oxunub:840
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 681 milyon 734,6 min manat, xərcləri isə 26 milyard 416 min 297,5 min manat təşkil edilib.

Büdcə kəsiri 1 milyard 734 milyon 562 912 manat təşkil edib. 2021-ci il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı isə 1 milyard 526 milyon 094 088 manat olub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas   Plenar   Büdcə  





Xəbər lenti