Qubadlıda 2 tona yaxın narkotik məhv edilib

  27 May 2021    Oxunub :359
Qubadlıda 2 tona yaxın narkotik məhv edilib
Qubadlıda külli miqdarda narkotik vasitə məhv edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Davudlu kəndi ərazisində yabanı halda bitmiş 1 ton 700 kiloqram çəkidə 3031 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Azvision.az

Teqlər: Qubadlı   Narkotik