Ermənistanın vitse-spikeri jurnalistlə dalaşdı - VİDEO

 Ermənistanın vitse-spikeri jurnalistlə dalaşdı -  VİDEO
  27 May 2021    Oxunub:888
Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan yerli medianın tənqidinə tuş gəlib.

Azvision.az xəbər verir ki, "Yerkir" saytının əməkdaşı Simonyanla restoranlardan birində rastlaşıb və ona ölkənin ağır durumda olmasını xatırladaraq, əyləncə məclisi qurmasına etirazını bildirib.
"Ölkədə gərgin siyasi vəziyyətin yaşandığı bir vaxtda, sərhədlərimizdə təhlükənin artdığı dönəmdə Simonyan gününü xoş keçirir, restoranlarda dincəlir. Jurnalist dünən İrəvandakı bir restoranda əylənən Alen və Edodan soruşub ki, sərhəd gərginliyi fonunda restoranlarda necə dincələ bilirsiniz?". Alen Simonyan cavab verib ki, jurnalist özü Qekarkunikdəki vəziyyətdən narahat olmalı və orada zərərçəkənlər barədə düşünməlidir. Simonyan daha sonra jurnalisti təhqir edib, onu restoran işçilərinin vasitəsilə çölə çıxarmağa çalışıb. Hətta sürücüsü Axo jurnalisti itələyib", - deyə məlumatda qeyd olunub.



Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti