"Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizi Belarus xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
İlham Əliyev Almaniyada səfərdədir |
Əminəm ki, Minsk ilə Bakı arasında səmimi dostluğa və qarşılıqlı faydalı tərəfdaşlığa əsaslanan əməkdaşlıq yeni perspektivli layihələr və təşəbbüslərlə zənginləşərək möhkəmlənəcək və genişlənəcək.
İcazə verin, mənim bu yaxınlarda baş tutmuş səfərim zamanı qonaqpərvər Azərbaycan torpağında səmimi qəbula və etimada əsaslanan dostcasına söhbətlərə görə Sizə bir daha təşəkkürümü bildirim.
Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".
Azvision.az