“Britaniya Azərbaycanla birlikdə işləməyə davam edəcək” - Səfir

“Britaniya Azərbaycanla birlikdə işləməyə davam edəcək” -  Səfir
  27 May 2021    Oxunub:1127
Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp Azərbaycan xalqını 28 may Respublika Günü münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində bildirilib.

“Əziz Azərbaycan xalqı, sizi Azərbaycanın Milli bayramı – Respublika Günü münasibətilə təbrik edirəm. Xaqlarımız arasında mövcud dostluq münasibətlərini və ölkələrimizin hərtərəfli əlaqələrini möhkəmləndirmək üçün Böyük Britaniya olaraq Azərbaycanla bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığın gələcəkdə də inkişafı naminə birlikdə işləməyə davam edəcəyik.

Hər birinizə səadət və xoş günlər, ölkənizə isə firavanlıq, süıh və tərəqqi diləyirəm. Respublika Gününüz mübarək!”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya   Səfir  





Xəbər lenti