Avtomobillərin katalizatorlarını oğurlayanlar saxlanıldı - VİDEO

Avtomobillərin katalizatorlarını oğurlayanlar saxlanıldı -   VİDEO
  27 May 2021    Oxunub:1396
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində avtomobillərin səsboğucu sistemi, yəni katalizatorlarını oğurlayan şəxslər saxlanılıblar.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat zamanı Bakı şəhər sakinləri - Mehman Xəlilov, İlkin Məmişov, Cambul Seyidov tutularaq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı onların Suraxanı rayonun Yeni Günəşli qəsəbəsində 5, Xətai rayonunda isə 2 nəqliyyat vasitəsinin katalizatorunu oğurladıqları məlum olub. Mehman Xəlilov, İlkin Məmişov, Cambul Seyidov ifadələrində əsasən gecə saatlarında “Toyota Prado” və “Toyota Prius” markalı avtomobillərin katalizorlarını kəsib oğurladıqlarını etiraf ediblər.



Qeyd edək ki, oğurlanan katalizatorlardan bir neçəsi Cambul Seyidova məxsus avtomobilin yük yerindən aşkar olunub.

Adları sadalanan şəxslər barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanların digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.

Azvision.az


Teqlər: Avtomobil   Katalizator   Oğurluq  





Xəbər lenti