Sərnişinlərdən COVID pasportu tələb olunmayacaq - FOTOREPORTAJ

 Sərnişinlərdən COVID pasportu tələb olunmayacaq -  FOTOREPORTAJ
  27 May 2021    Oxunub:1841
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 31 may tarixindən etibarən ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.
Azvision.az -ın məlumatına görə, artıq Bakı Beynəlxalq Avtovağzalında sərnişindaşıma ilə bağlı hazırlıq işlərinə start verilib. Avtovağzalın ərazisi, avtobuslar, bilet kassaları və sərnişin gözləmə zalları dezinfeksiya olunur.



Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, Bakı və 56 regionun avtovağzallarında hazırlıq işlərinə start verilib. Onun sözlərinə görə, sərnişinlərdən COVID pasportu və ya digər sənəd tələb olunmayacaq.

"Sərnişinlərin hərarəti ölçüləcək. Qızdırması və ya koronavirusa oxşar əlamətləri olan sərnişinlər tibb məntəqəsində yönəldiləcək. Avtobuslarda sərnişinlər hər zamanki kimi oturacaq, ara məsafəsi olmayacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən avtobuslarda kondisionerlər maksimum dərəcədə qoşulmayacaq, havalandırma olacaq. Amma müəyyən temperatur həddi keçiləndən sonra kondisionerlər işə salınacaq".



N.Allahyarova onu da əlavə edib ki, mayın 31-dən 566 marşurut xətti üzrə 1864 avtobus hərəkətdə olacaq.

"Mayın 30-dan biletlərin satışına başlanılacaq. İyunun ortasından onlayn biletlərin alınmasına şərait yaradılacaq. Pandemiya şəraitində vətəndaşlardan kassalar qarşısında sıxlığına yaranmaması üçün onlayn bilet almalarını tövsiyyə edirik".

Bakı Beynəlxalq Avtovağzalından hazırladığımız fotoreportajı təqdim edirik:














Aytən Zəhra
Foto: Anar Bayramlı

Azvision.az


Teqlər: Avtobus   Sərnişin   Avtovağzal  





Xəbər lenti