Vətən müharibəsi qəhrəmanları ilə bağlı yeni imtiyazlar

  27 May 2021    Oxunub :484
   Vətən müharibəsi qəhrəmanları ilə bağlı  yeni imtiyazlar
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, dəyişikliklər haqqında deputat Arzu Nağıyev məlumat verib.

A.Nağıyev bildirib ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Vətən müharibəsi qəhrəmanlarına məzuniyyət verilməsi qaydası müəyyənləşir. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Vətən müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

A.Nağıyev qeyd edib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə Vətən müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq ediləcək.

Qanun layihələri müzakirələrdən sonra səsə qoyularaq III oxunuşda qəbul edilib.

Azvision.az

Teqlər: Əmək   Vergi   Məcəllə