Ölkəmizdə neçə nəfər peyvənd olunub?

   Ölkəmizdə neçə nəfər peyvənd olunub?
  27 May 2021    Oxunub:863
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 50 903 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41421, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9482 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 106 889, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 226 201, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 880 688 təşkil edir.



Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti