AQTA bu restoran və kafeləri cərimələdi - SİYAHI

AQTA bu restoran və kafeləri cərimələdi -    SİYAHI
  27 May 2021    Oxunub:1597
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 26-da ölkə üzrə 433 ictimai iaşə obyektində 734 monitorinq keçirilib. Monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi, ev 286K ünvanında yerləşən,fiziki şəxs Mikayılov Anar Faiq oğluna məxsus “Şəki Rəhman” restoranı;

2. Bakı şəhəri, Yasamal rayonu, Ə. Ələkbərov küçəsi 4 ünvanında yerləşən, fiziki şəxs Həsənli Turan Zöhrab oğluna məxsus “Riva Lounge” restoranı;

3. Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi 17 ünvanında yerləşən, hüquqi şəxs “Chef Börek Azərbaycan” MMC-yə məxsus restoran;

4. Bakı şəhəri, Səbail rayonu, Badamdard ştq, Ə. Nəzərov küçəsində yerləşən, fiziki şəxs Hacıyev Sənan Xaliq oğluna məxsus “Kabab house” kafesi;

5. Bakı şəhəri, Səbail rayonu, Badamdard ştq, Ə. Nəzərov küç., ev 1d ünvanında yerləşən, fiziki şəxs Abdullayev Elxan Elman oğluna məxsus “AEF Beer House” kafesi;

6. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küç., ev 26 ünvanında yerləşən, fiziki şəxs Abbasov Elgün Əvəz oğluna məxsus “Köz köfte“ restoranı;

7. Bakı şəhəri, Suraxanı rayonu, Cəlal Qurbanov küçəsində yerləşən, fiziki şəxs Hümbətəliyev Rüstəm Şahin oğluna məxsus “Atilla” restoranı;

8. Bakı şəhəri, Suraxanı rayonu, Ə. Mehbaliyev 14a ünvanında yerləşən, fiziki şəxs Süleymanova Züleyxa Xudu qızına məxsus “Kronos” restoranı;

9. Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küç., ev 52 ünvanında yerləşən, fiziki şəxs Bağırov Xaliq Bağır oğluna məxsus pub;

10. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi 26D ünvanında yerləşən, fiziki şəxs Abbasov Orxan Elxan oğluna məxsus “Tovuz kənd süfrəsi“ kafesi;

11. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr., ev 64 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Əsgər Vaqif oğluna məxsus “Ordubad süfrəsi” restoranı;

12. Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 23c ünvanında yerləşən, fiziki şəxs Şabiyev Elgiz Mirağa oğluna məxsus “Baxça saray“ restoranı;

13. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Naxçivani küç., ev 6 ünvanında yerləşən, fiziki şəxs Məmmədzadə Şəhriyar Seyidməmməd oğluna məxsus dönər evi;

14. Bakı şəhəri, Xətai rayonu, Nobel pr., ev 59m ünvanında yerləşən, fiziki şəxs Babayev İbad Rizvan oğluna məxsus "Bakı süfrəsi" kafesi;

15. Bakı şəhəri, Xətai rayonu, Neapol küç., ev 21D ünvanında yerləşən, hüquqi şəxs “Brilliance” MMC-yə məxsus “Qəsr” restoranı;

16. Bakı şəhəri, Xətai rayonu, Əhmədli ştq, M. Hadi küçəsində yerləşən, fiziki şəxs Həsənov Naib Telman oğluna məxsus "Bakı gecələri" restoranı;

17. Bakı şəhəri, Səbail rayonu, Nizami küç., ev 648 ünvanında yerləşən, hüquqi şəxs "Academy yiyecek içecek" MMC-yə məxsus restoran;

18. Sumqayıt şəhəri, 1-ci mkr-da yerləşən, fiziki şəxs Məmmədov Tural Azər oğluna məxsus "Osmanlı" kafesi;

19. Xaçmaz rayonu, Bakı prospektində yerləşən, hüquqi şəxs “Zeytun-2015” MMC-yə məxsus “Zeytun” restoranı;

20. Salyan rayonu, Yenikənd kəndində yerləşən, fiziki şəxs Cavadov Röyal İbad oğluna məxsus kafe;

21. Saatlı rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Zaidov Vüsal Eldar oğluna məxsus

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Azvision.az


Teqlər: AQTA   Restoran   Cərimə  





Xəbər lenti