Hərbi attaşelər düşmən təxribatı barədə məlumatlandırıldı - VİDEO
General-mayor H.Mahmudov qeyd edib ki, dövlət sərhədindəki insidentlə əlaqədar Azərbaycan tərəfi ictimaiyyəti dərhal və obyektiv məlumatlandırıb. Azərbaycandan fərqli olaraq Ermənistan isə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti məsələnin həqiqi mahiyyətindən yayındırmaq üçün bir-birini təkzib edən dezinformasiyalar yaymaqla məşğul olub.
“Xüsusi qeyd edim ki, Ermənistanın törətdiyi təxribat məqsədyönlü xarakter daşıyıb və Azərbaycan Respublikasının suveren sərhədləri çərçivəsində baş verib. Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginlik yalnız danışıqlar yolu, sərhədin delimitasiya və demarkasiyası aparılmaqla həll olunmalıdır”, - deyə general-mayor H.Mahmudov bildirib.
Sonda general-mayor H.Mahmudov qonaqları maraqlandıran sualları cavablandırıb.
Azvision.az
Teqlər: Müdafiə-Nazirliyi Sərhəd Təxribat