Gəncədə ev yandı, ölən var

Gəncədə ev yandı,  ölən var
  27 May 2021    Oxunub:1113
Gəncə şəhərinin Kəpəz rayonu, Nizami Gəncəvi prospektində fərdi yaşayış evində yanğın olub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddət ərzində məhdudlaşdırılaq tam söndürülüb.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti