AFFA və TFF prezidentləri görüşüb

  27 May 2021    Oxunub :485
AFFA və TFF prezidentləri görüşüb
Bu gün Alanyadakı "Oba" stadionunda keçirilmiş Türkiyə - Azərbaycan oyunundan əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir arasında görüş olub.
Azvision.az xəbər verir ki, görüşdə AFFA və TFF arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb, daha sonra xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Türkiyə - Azərbaycan matçı "ay-ulduzlular"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Azvision.az

Teqlər: AFFA   TFF