“Ermənistan təhlükəsizlik böhranı ilə üzləşib” - Vardanyan

  “Ermənistan təhlükəsizlik böhranı ilə üzləşib” -   Vardanyan
  28 May 2021    Oxunub:1033
Ermənistanın “Birlik” hərəkatının lideri Arman Vardanyan növbədənkənar parlament seçkilərinin ləğv olunmasını təklif edib.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

"Ermənistan diplomatik təhlükəsizlik böhranı ilə üzləşib. Lakin seçkiqabağı dövrə qədəm qoyan siyasi qüvvələrin liderləri aktiv addımlar atmaq əvəzinə seçki resurslarını səfərbər etməklə məşğuldurlar",- deyə o bildirib.

Vardanyan vurğulayıb ki, dövlətin bu cür ağır vəziyyəti tamamilə fərqli səfərbərlik tələb edir - sosial, siyasi və hərbi səfərbərlik:

"Siyasi liderlər ən qısa müddətdə erkən seçkilərə qatılmaqdan imtina etməli, erkən seçkiləri ləğv etməli, zaman-zaman dövləti məhv edən Nikol Paşinyanı kürsüdən kənarlaşdırmalı, ölkənin dağılmasının qarşısını almaq üçün hərbi-siyasi şura yaratmalıdırlar. Əks təqdirdə yüzlərlə yeni əsirin ortaya çıxması və ya dövlət gəmisinin məhvi halında siyasətçilərin seçicilərinə nələri təbliğ edəcəyi bəlli deyil. Hər dəqiqə qiymətlidir, ayıq olun və işə başlayın. Tarix heç kimin hərəkətsizliyini bağışlamayacaq. İstər iqtidarın, istərsə də müxalifətin".

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Seçki   Böhran   Paşinyan  





Xəbər lenti