ABŞ dövlət katibi Azərbaycan xalqını təbrik etdi

   ABŞ dövlət katibi Azərbaycan xalqını təbrik etdi
  28 May 2021    Oxunub:2749
Amerika Birləşmiş Ştatları hökuməti adından Cümhuriyyət gününü və 1918-ci ildə müsəlman dünyasında ilk demokratik hökumətin qurulmasını qeyd edən Azərbaycan xalqını təbrik edirəm.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin 28 May – Respublika Günü ilə bağlı açıqlamasında deyilir. Dövlət katibi bildirib ki, ABŞ iqtisadi, enerji və təhlükəsizlik sahəsində 30 illik tərəfdaşlığı və Azərbaycanın insan hüquqlarına, qanunun aliliyinə hörmətin yaxşılaşdırılması istiqamətində davamlı dialoqu qiymətləndirir:

“Azərbaycanın Cənubi Qaz Dəhlizi ilə Avropanın enerji şaxələndirilməsinə verdiyi əhəmiyyətli töhfələri qəbul edirik. İnsan hüquqlarına və fundamental azadlıqlarına, qanunun aliliyinə, şəffaflığa və hesabatlılığa hörmət edən güclü qurumlar və proseslər ümumi hədəflərimizə çatmaq, daha güclü və daha dərin əlaqələr qurmaq üçün vacibdir.

Amerika Birləşmiş Ştatları ayrıca minlərlə Azərbaycan və Amerika vətəndaşları arasında insanlararası münasibətlər vasitəsilə, həmçinin səfirliklərimizin ictimaiyyətlə əlaqəsi sayəsində inkişaf etdirilən əlaqələrə dəyər verir” - açıqlamada vurğulanıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti