Neft qiymətləri bahalaşır

  28 May 2021    Oxunub :363
Neft qiymətləri bahalaşır
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,04 dollar artaraq 69,50 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,06 dollar bahalaşaraq 66,91 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,23 ABŞ dolları, yaxud 0,33% artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 69,22 ABŞ dolları təşkil edib.

Azvision.az

Teqlər: Neft