“Yumşalmaların davamlı olması üçün vaksinasiya vacibdir” - TƏBİB rəsmisi

 “Yumşalmaların davamlı olması üçün vaksinasiya vacibdir” -  TƏBİB rəsmisi
  28 May 2021    Oxunub:945
Koronavirus infeksiyası ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyəti dəyərləndirəndə müəyyən qadağaların aradan qaldırılması tam məntiqli və vaxtında atılmış addımdır
Bunu Azvision.az -a TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib. O bildirib ki, yumşalmaların davamlı olması üçün vaksinasiya əhəmiyyətlidir.

"Azərbacanda kifayət qədər vaksin var və peyvəndləmədə yaş məhdudiyyəti aradan qaldırılıb. Hər kəs bu şansdan istifadə edə bilər. Vaksinasiya ilə paralel şəkildə məhdudiyyətlərin aradan qaldırılması ümid edirik ki, növbəti aylar ərzində ölkədəki sanitar-epidemioloji vəziyyətin sabit qalmasında öz töhfəsini verəcək".

COVID pasportunun ilkin mərhələdə idman zalları və sağlamlıq-bərpa mərkəzlərinə girişdə tələb olunacağını deyən həkim-infeksionist bunun gələcəkdə başqa sahələrə də aid edilə biləcəyini qeyd edib.

"Bununla bağlı dəqiq qərar olmasa da gözlənilən addımdır. Bu sənədi alan şəxslər üstünlüklər əldə edəcəklər .Təbii ki, bir il öncə normal həyata qayıdışı maska taxmaq, məsafə gözləmək, kütləvi məkanlardan uzaq durmaq, özümüzü xəstəlikdən qorumaq, xəstəlik sayının aşağı düşməsi ilə əldə edə biləcəyimizi qeyd edirdik. Bildiyimiz kimi, yanvarın 18-dən kütləvi vaksinasiya prosesinə start verilib. Bu sahədə təcrübəli ölkələr var. Onların əldə etdiyi uğura baxarıq, qənaətə gələ bilərik ki, ölkədə vaksinasiya prosesi nə qədər kütləvi və sürətli aparılarsa, bir o qədər bizim normal həyata qayıdış prosesi sürətlənmiş olacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksinasiya  





Xəbər lenti