ABŞ səfirliyinin 28 May təbriki - VİDEO

ABŞ səfirliyinin 28 May təbriki -  VİDEO
  28 May 2021    Oxunub:791
ABŞ-ın ölkəmizdəki səfirliyi 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində paylaşım edilib.

ABŞ-ın Bakıdakı səfirinin müavini Maykl Dikersonun təbrik videomüraciətində deyilir:

“ABŞ-ın Bakıdakı səfirliyi adından Azərbaycan xalqına xoşbəxt və sağlam Respublika Günü arzulayıram. Bu gün biz Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçki hüququ verməklə Azərbaycanı dünyanın ilk dövlətlərindən biri və qadınlarla kişilərə bərabər siyasi hüquqları verən müsəlmanların çoxluq təşkil etdiyi ilk dövlət olmaq kimi nailiyyətlərini xatırlayırıq. Dünyanın COVID-19 pandemiyasından sonra normal vəziyyətə dönməsi ilə biz iqtisadi, təhlükəsizlik və yaxşı idarəetmə məsələlərindəki əla əməkdaşlığımızı davam etdirməklə yanaşı, amerikalıları və azərbaycanlıları bir araya gətirən proqramların yenidən başlamasını səbirsizliklə gözləyirik.

Respublika Gününüz mübarək!”.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Təbrik  





Xəbər lenti